Qiymətli daşların və filizlərin bolluğu 
                 
                    Allah, Quranda bildirdiyi "Onlar diqqətlə bəzənmiş ləl-cəvahiratlı taxtlar üstündədirlər" (Vaqiə surəsi, 15) və "Ədn cənnətləri (onlarındır); oraya girərlər, orada qızıldan bilərziklərlə  və incilərlə bəzənərlər..." (Fatir surəsi, 33) ayələriylə  Cənnətdə müxtəlif ləl-cəvahiratlar və qiymətli daşların olmasına diqqət çəkir.  Cənnətlə əlaqədar olaraq Quranda və hədislərdə bəhs olunan ləl-cəvahiratlar, bəşəriyyət  tarixində daim zənginlik və ehtişamın simvolu olmuşdur. Çox qiymətli olan bu ləl-cəvahiratlar  az hallarda rast gəlinən gözəlliyə sahibdirlər. Almaz, mirvari, yaqut, qızıl,  gümüş kimi zinətlər bütün insanların bəyəndikləri, bunlarla bəzənmiş əşyaları  görməkdən zövq aldıqları gözəlliklərdir. 
Cənnət  neməti olaraq mirvaridən bəhs edilən hədislərdən bir neçəsi belədir:
  ...Behiştliklərin başında tac vardır. Tacdakı tək bir mirvari  belə, məşriq (şərq) ilə məğrib (qərb) arasını işıqlandırar. [(Tirmizi), Kutubu  Sitte-14, səh. 451/6]
  Qadının boynundakı mirvarilərdən biri qərblə şərq  arasını işıqlandırar... Başında olan tacların ən kiçik mirvarisi də yenə şərqlə  qərb arasını işıqlandırar. [Ramuzel-Ehadis-1, səh. 99/8]
                      Mirvari  Cənnətdəki nemətlərin görülməmiş dəyərlərini vurğulamaq baxımından əhəmiyyətli  bir nümunədir. Mirvarinin çıxarıla bilməsi üçün, təhlükəli dənizlərdə bir çox dəfə  dərinliklərə daxil olmaq lazımdır. Üstəlik çox sayda toplanan istiridyənin az bir qismində bu qiymətli zinətə rast gəlinir. Bu kiçik  daşın gözəlliyi ilə yanaşı onu dəyərli edən başqa bir xüsusiyyət də yuxarıda  izah etdiyimiz kimi böyük zəhmətlər nəticəsində əldə edilməsidir.
Dünyada əldə etmək üçün xeyli vaxt, zəhmət və xərc tələb edən bu qiymətli daş axirətdə bol miqdarda olacaq. Olduqca qiymətli, aztapılan bir gözəlliyin bol olması, şübhəsiz ki, insan ruhunda fərqli bir həyəcan meydana gətirəcək. Həmçinin ayələrdə bildirilən Cənnət nemətləri bizim təsəvvür etdiyimizdən çox fərqli gözəlliklərdə ola bilər. Hədislərdə də "şərq ilə qərb arasını işıqlandıracaq parlaqlıqda olan bir mirvari"dən bəhs edilərkən, bizim belə bir mirvarinin parlaqlığını, valehedici xüsusiyyətini təsəvvür etməyimiz qeyri-mümkün ola bilər.
Mövzular 
                - Giriş
- Allahın cənnət əhli üçün hazırladığı nemətlər
- Cənnətdəki zənginlik və bolluq
- Cənnət xəzinələri
- Cənnətdəki mülkün bolluğu
- Qiymətli daşların və filizlərin bolluğu
- Cənnətdəki gözəl məkanlar
- Cənnətdəki qidalar
- Cənnətdəki insan gözəlliyi
- Cənnətdəki təbiət gözəlliyi
- Cənnətdəki gözəl qoxular
- Cənnətdə səs və söhbətlərdəki gözəllik
- Cənnətdəki əbədi həyat və gənclik
- Cənnətdə istənilən hər şeyin olması
- Cənnət əhlinin Allaha olan yaxınlığı
- Cənnət Allahın ədalətinin bir təcəllisidir
- Cənnət əhlinin xüsusiyyətləri
- Cənnət sevincini yaşamaq
- Zamanın nisbiliyi və tale həqiqəti
- Cənnətlə əlaqədar ayələr
- Nəticə


